Unreal Engine Memarlıq Vizualizasiya və Paketləmə Kursu
Unreal Engine Memarlıq Vizualizasiya və Paketləmə Kursu ilə siz, memarlıq və dizayn layihələrinizi çox sürətli bir şəkildə təqdim etmək fürsətinə nail olacaqsınız, belə ki bu proqramin realtime funksiyası ilə layihələrinizin render və animasiyalarını saniyələr və dəqiqələr içində əldə edəcəksiniz.
Əlavə olaraq kursun sonunda layihənizi "windows" platforması üzərindən paketləməyi öyrənəcək, bu faylı sifarişçilərinizə təqdim edərək onların layihə ilə daha ətraflı və fərqli tanış olmasını təmin edəcək, özünəməxsus təqdimat ilə portfolionuzu zənginləşdirə və sifarişçilərinizi razı sala biləcəksiniz.
3Ds Max, Revit, Archicad, Sketchup və s. istifadə etdiyiniz proqramlarda baza biliyinizin olmasi kifayət edir ki, siz layihənizi Unreal Engine proqramına rahatlıqla export edərək realistik nəticələr əldə edəsiniz.
Kursu izlədiyiniz müddətdə hər hansı bir texniki problem və sizdə sual yaradacaq məqamlar olarsa online dəstək ala bilər və suallarınızı verə bilərsiniz.
:background_color(white)/hotmart/product_pictures/857d1f11-c619-43dc-a2b6-43aca9438188/CourseHotmartPosterInt.png?w=920)